Dəniz quldurlarının hücumuna məruz qalmış “MV Mozart” gəmisi Port Jentil limanına çatıb

Dəniz quldurlarının hücumuna məruz qalmış “MV Mozart” gəmisi Port Jentil limanına çatıb

Yanvarın 23-də dəniz quldurlarının hücumuna məruz qalan “MV Mozart” adlı gəmi artıq Qabonun Port Jentil limanında lövbər salıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu “Twitter” hesabında yazıb.

Hücum nəticəsində həyatını itirən azərbaycanlı mühəndis Fərman İsmayılova Allahdan rəhmət diləyən nazir bildirib ki, quldurların qaçırdığı 15 nəfərin sağ-salamat xilas edilməsi üçün bütün imkanlar səfərbər olunub. Gəmi Türkiyə vaxtı ilə saat 11 radələrində limana yan alıb.

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM