Trampın impiçmenti barədə qətnamə Senata təqdim edildi

Trampın impiçmenti barədə qətnamə Senata təqdim edildi

ABŞ-ın sabiq prezidenti Donald Trampın impiçmenti barədə qətnamə demokratlar tərəfindən Senata təqdim edilib.

NUHÇIXAN İnformasiya Agentliyi "AP News"a istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq eyni prezident iki dəfə impiçmentə məruz qalır.

İmpiçment prosesi fevralın 8-də başlayacaq və qətnamə “iğtişaşlara təhrik” maddəsinə əsaslanır.

Xatırladaq ki, 13 yanvar tarixində ABŞ Nümayəndələr Palatası Trampın impiçmentinə dair Senatda baxılacaq qərarın qəbuluna səs verib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM