Müxalifət bugün Paşinyanı hökumət binasına buraxmayacaq

Müxalifət bugün Paşinyanı hökumət binasına buraxmayacaq

Ermənistanın müxalif "Vətənin qurtuluşu Hərəkatı" İrəvanın mərkəzindəki “Fransa” meydanında etiraz aksiyasını başa çatdırıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadla xəbər verir ki, hərəkatın nümayəndəsi İşxan Saqatelyan bugün yenidən aksiya keçirəcəklərini bildirib:

"Dünən aksiyamızı qurtardıq. Bizdə məlumatlar var ki, baş nazir Nikol Paşinyan bugün saat 11:30-da hökumət binasının 3-cü korpusuna gələcək. Biz girişləri bloklamalıyıq və onu buraxmamalıyıq. Axşam isə mitinqə başlayacağıq".

Dünən İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında bir neçə min insan iştirak edib. Müxalifət tərəfdarları dövlət əleyhinə şüarlar oxuyaraq Yerevanın küçələri ilə yürüş təşkil ediblər.

Qeyd edək ki, Ermənistanda 10 noyabrdan Paşinyanın istefasına çağırış tələbləri ilə etiraz aksiyaları səngimir. Müxalifət onu Qarabağ müharibəsindəki məğlubiyyətdə ittiham edir. Paşinyan habelə ölkədəki iqtisadi və sosial problemlərdə günahlandırılır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM