Erməni mediası Azərbaycan pavilyonunu nümunə göstərdi

Erməni mediası Azərbaycan pavilyonunu nümunə göstərdi

Ermənistan mətbuatı ölkənin texnologiyalar sənayesi naziri Akop Arşakyanı tənqid edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, buna Əbu-Dabidə keçirilən sərgidəki rüsvayçılıq səbəb olub. Belə ki, erməni jurnalistlər Azərbaycanın İDEX-2021 Beynəlxalq Hərbi-Sənaye Sərgisindəki pavilyonu ilə boş qalan erməni pavilyonunu müqayisə edərək ölkəmizin uğurlu təmsilçiliyini Arşakyana nümunə kimi göstəriblər. Nazir isə pavilyonda erməni şirkətlərinin hərbi eksponatlarının olmamasının səbəbini, guya nümunələrin Əbu-Dabiyə vaxtında gəlməməsi ilə izah edib.

Qeyd edək ki, sərginin açılışında erməni pavilyonu boş olub və nazir Akob Arşakyan yalnız bukletlər paylayıb.

"Fotoşəkildə Ermənistan və Azərbaycan pavilyonları əks olunub. Şərhləri oxucuya buraxırıq",-deyə ermənilər yazıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər