Nikol Paşinyanın ölkədəki vəziyyətlə bağlı çıxışı gözlənilir

Nikol Paşinyanın ölkədəki vəziyyətlə bağlı çıxışı gözlənilir

Ermənistanın baş nazir Nikol Paşinyanın ölkədəki vəziyyətlə bağlı bu gün Yerevanın respublika meydanında çıxışı gözlənilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” səhifəsində yazıb: “Mən saat 16:00-da respublika meydanında çıxış edəcəyəm. Buna qədər meydana yığışırıq. Polis və hüquq-mühafizə orqanları mitinqin təhlükəsizliyini təmin edəcək”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin baş qərargahı Paşinyanın istefasını tələb edib və onu öz xalqına qarşı güc işlətməkdən çəkinməyə çağırıb. Buna səbəb baş nazirin təklifi ilə baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifədən azad edilməsi olub. KİV-in məlumatına görə, o, hökumət başçısının “İskəndər” kompleksi barədə dediklərini məsxərəyə qoyub.

Silahlı qüvvələrin istefa tələbindən sonra Paşinyan baş qərargahın rəisi Onik Qasparyanı da vəzifəsindən azad edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM