Bayden administrasiyası “TikTok”, “WeChat” və digər proqram əlavələrindən istifadə edilməsinə Trampın qoyduğu qadağanı ləğv edib

Bayden administrasiyası “TikTok”, “WeChat” və digər proqram əlavələrindən istifadə edilməsinə Trampın qoyduğu qadağanı ləğv edib

Çində hazırlanmış “TikTok” videoəlavəsindən istifadənin qadağan olunması barədə ABŞ-ın keçmiş prezidenti Donald Trampın fərmanı Bayden administrasiyası tərəfindən ləğv edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Bayden Çində hazırlanmış bir neçə proqram əlavəsinin milli təhlükəsizlik və məxfilik baxımından riskli olub-olmamasının yoxlanılması barədə sərəncam verib.

Prezident Co Baydenin fərmanına əsasən ABŞ Ticarət Nazirliyi həmin proqram əlavələrinin istifadəçilərin şəxsi məlumatlarını toplayıb-toplamadığını və ya onların Çin Silahlı Qüvvələri ilə bağlı olub-olmamalarını təhlil etməlidir.

Ağ evin nümayəndəsi qeyd edib ki, Bayden administrasiyası açıq, funksional baxımdan dəstəklənən, etibarlı və təhlükəsiz internetin inkişaf etdirilməsinin, şəbəkədə və oflayn rejimdə insan haqlarının qorunmasının, habelə dinamik qlobal rəqəmsal iqtisadiyyatın tərəfdarıdır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM