Tələbə baytarlar Süni mayalanma Mərkəzində olublar - FOTOLAR

Tələbə baytarlar  Süni mayalanma Mərkəzində olublar<font color=red> - FOTOLAR</font> Tələbə baytarlar  Süni mayalanma Mərkəzində olublar<font color=red> - FOTOLAR</font> Tələbə baytarlar  Süni mayalanma Mərkəzində olublar<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN  İnformasiya Agentliyi xəbər verir ki, Mərkəzdə olan tələbələrin diqqətinə çatdırılıb ki, muxtar respublikanın rayon və kəndlərində heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən Dövət Proqramları, damazlıq heyvandarlıq, süni mayalanma texnikası və damazlıq uçotun aparılması ilə bağlı şəxsi və fermer təsərrüfatlarında maarifləndirici tədbirlərin aparılması bu ixtisas üzrə təhsil alan tələbələrin əsas vəzifələrindən biridir. 

Baytarlıq klinikasında isə heyvanların müayinəsini izləyən tələbələrin bu sahədə qazandığı təcrübə nəzəri biliklərin gələcəkdə tətbiqində böyük əhəmiyyətə malikdir

Muxtar respublikada yeni Süni Mayalanma Mərkəzinin yaradılması tələbələrin təcrübi dərslərinin keçirilməsində mühüm baza rolunu oynayır və gələcəyin ixtisaslı kadrlarının hazırlanmasına  töhfə verir. Naxçıvan Dövlət Universiteti “Baytarlıq” ixtisası üzrə təhsil alan tələbələrin təhsil haqlarından azad edilməsi də bu sahəyə göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Qeyd edək ki, 2020-ci il fevral ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Pro­qramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu günədək muxtar respublikamızda 83 min başa yaxın mal və camışlarda süni mayalanma aparılıb, 60 minə yaxın cins buzov alınıb. 

Səadət Əliyeva

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM