Naxçıvanlı alimin dissertantları ilə birgə yazdığı elmi məqalər yüksək impafaktorlu jurnalda dərc olunub

Naxçıvanlı alimin dissertantları ilə birgə yazdığı elmi məqalər yüksək impafaktorlu jurnalda dərc olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  məqaləni müəllifləri Naxçıvan Dövlət Universiteti Biologiya kafedrasının müdiri, Biologiya elmləri doktoru, professor Daşqın Qənbərov, dissertantları, universitetin Elmi Tədqiqatların Əlaqələndirilməsi Bölməsinin Baş Elmi İşçisi Aysel Heydərova  və  Səfurə Babayevadır. Birgə yazılan məqalələr “Naxçıvan Muxtar Respublikası ərazisinin Darıdağ florasının taksanomik spektri” və “Naxçıvan Muxtar Respublikası florasında yayılan Rosaceae fəsiləsinin oduncaqlı növlərinin ekoloji qrupları”  adlanır.

Birinci məqalədə Darıdağ massivinə daxil olan fəsilələrin müəyyən edilməsi, fəsilələrə aid olan cins və növlərin müqayisəli təhlili, taksonomik spektrinin tərtib olunması haqqında məlumat verilir. Qeyd edilir ki, ərazinin bitki örtüyünü əsasən kserofit bitkilər təşkil edir. Darıdağ ərazisinin florası 46 fəsiləyə, 167 cinsə daxil olan 277 növ bitkidən ibarətdir. Bu da Qafqaz florasının 3,69%-ni, Azərbaycan florasının 5,54%-ni, Naxçıvan Muxtar Respublikası florasının isə 9,14%-ni təşkil edir. Məqalədə o da bildirilir ki, ərazi florasında cins sayına görə birinci yeri Kələmkimilər fəsiləsi (Brassicaceae Burnett) – 26 cins, növ sayına görə isə birinci yeri Asterkimilər fəsiləsi (Asteraceae Dumort) – 44 növlə təşkil edir.

Digər məqalədə isə Naxçıvan Muxtar Respublikası florasında yayılan Rosaceae fəsiləsinin oduncaqlı növlərinin ekoloji qrupları haqqında məlumat verilir.

Qeyd edək ki, tədqiq olunan ərazidə Gülçiçəklikimilər fəsiləsinin oduncaqlı növlərinin ekoloji qruplar üzrə paylanması Şennikovun təsnifat sisteminə əsasən aparılıb.

Səadət Əliyeva

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM