NDU-da tələbə qazi ilə görüş keçirilib - FOTOLAR

NDU-da  tələbə qazi ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da  tələbə qazi ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> NDU-da  tələbə qazi ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Hüquq ixtisası”nın III kurs tələbəsi, II Qarabağ müharibəsinin iştirakçısı olmuş qazi Eldar Xəlilovla görüş keçirilib.

Görüşdə əvvəlcə qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Rektor Elbrus İsayev qeyd edib ki, Vətən müharibəsindəki qalibiyyətimiz Ali Baş Komandanımızın qətiyyəti və yüksək siyasi səriştəsi, Azərbaycan Ordusunun, şəhidlərimizin, qazilərimizin və bir yumruq kimi birləşən xalqımızın sayəsində oldu. Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə tezliklə şəfa diləyən rektor bu şanlı qələbə münasibətilə hər kəsi təbrik edib. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi iştirakçısı olmuş hər bir qəhrəmanımızın döyüş yolu gənc nəslə nümunə olmalı və onların qəhrəmanlıqları hər bir gəncin həyat amalına çevrilməlidir. Sonra Qarabağ qazisi Eldar Xəlilova vətən müharibəsində fəal iştirakına görə Naxçıvan Dövlət Universiteti adından fəxri fərman təqdim edilib.

Qazi öz çıxışında qeyd edib ki, şəhidlərin qanı bahasına qazandığımız qələbəmizdən hələ illər sonra da danışılacaq və gələcək nəslə örnək göstəriləcək. “Mən fəxr edirəm ki, qalib ordunun əsgəriyəm”, –deyən qazimiz vurğulayıb ki, əmisi də I Qarabağ müharibəsinin iştirakçısı olub və qazidir.

Sonda tələbələrin fikirləri səsləndirilib, qaziyə ünvanladıqları suallar cavablandırılıb.

Səadət Əliyeva

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM