Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə “STEAM Naxçıvanda” layihəsinin icrası ilə bağlı təlimə başlanılıb - FOTOLAR

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə “STEAM Naxçıvanda” layihəsinin icrası ilə bağlı təlimə başlanılıb<font color=red> - FOTOLAR</font> Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə “STEAM Naxçıvanda” layihəsinin icrası ilə bağlı təlimə başlanılıb<font color=red> - FOTOLAR</font>

“STEAM Naxçıvanda” layihəsinin icrası ilə bağlı görülən işlərin davamı olaraq muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Şərur və Sədərək rayon məktəblərindən 30-a yaxın müəllim təlimə cəlb edilib. Onlayn qaydada keçirilən ilk təlimdə “Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” barədə müəllimlərə məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bir ay davam edəcək təlimlərdə iştirak edən müəllimlərə qrafikə uyğun olaraq STEAM məzmunlu layihələr üzərində praktiki iş və robot texnologiyası, əyani prototip qurğulardan istifadə, 3D printer, arduino və micro-bitlə bağlı məlumatlar öyrədiləcək.

Qeyd edək ki, ötən tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsi”ndə muxtar respublikanın ümumtəhsil məktəbləri üzrə müsabiqədə iştirak edən 27 layihədən 5-i qalib olub. Həmin layihələrdən ümumtəhsil kateqoriyası üzrə qalib olan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin “STEAM Naxçıvanda” layihəsinin əsas məqsədi STEAM təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilalanlarda XXI əsr bacarıqlarının formalaşdırılması, şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunan biliklərin layihə təlimi vasitəsilə elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi sahələrdə səmərəli tətbiqinə nail olmaqdır.

Muxtar respublikada STEAM təlim metodunun tətbiqinə ilk dəfə isə Şərur rayon Qarabürc kənd ümumi orta məktəbində başlanılıb. Yaradılan STEAM kabinəsi elektron lövhə, 2 kompüter, 3D printer, micro-bit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunub.

2020-2021-ci tədris ilindən başlayaraq pilot layihə olaraq muxtar respublikanın 13 məktəbində STEAM təlim metodunun tətbiqi ilə bağlı kabinələrin, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzinin yaradılması işinə başlanılıb.

Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlim metodları ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunub, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb. Həmçinin muxtar respublikanın 13 məktəbində tətbiq olunacaq STEAM təlim metodunun yüksək səviyyədə tədrisi üçün Təhsil Nazirliyi tərəfindən bir ay müddətində müəllimlər üçün təlimlər təşkil edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM