“Naxçıvan dünən və bu gün” mövzusunda şagirdlər üçün açıq dərs keçirilib

“Naxçıvan dünən və bu gün” mövzusunda şagirdlər üçün açıq dərs keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanşünaslıq Mərkəzində təşkil olunan açıq dərs Mərkəzin elmi katibi Nihad Tarverdiyev tərəfindən aparılıb.

Dərs zamanı vurğulanıb ki, Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoyubdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşıbdır. Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı ilə yanaşı, tarixi abidələrinə, mədəniyyətinə, incəsənətinə qayğı da yüksək səviyyədə olub, tarixi abidələrin qorunması, bərpası, tədqiqi və təbliği sahəsində mühüm işlər görülübdür. Naxçıvanda inkişafın, müasirliyin, birliyin və həmrəyliyin nümunəsi formalaşır. Bu nümunənin işığında isə yaradıcı, fəal gənclik yetişir. Müasir gənclik intellektual və yaradıcılıq potensiallarını daim artırır, təhsildə və idmanda uğurlar qazanılır.

Vurğulanıb ki, muxtar respublikada təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, müasir kompüter və elektron lövhələrlə təchizatı, laboratoriya və fənn kabinələrinin zəruri avadanlıqlarla təmin olunması, kitabxana fondlarının zənginləşdirilməsi tədrisin yüksək səviyyədə təşkilinə geniş imkanlar açıbdır. Muxtar respublikanın təhsil sahəsində hər ötən il əldə olunan uğurların daha da artması, bu sahədə hər yeni ildə yeni qərar və sərəncamların verilməsi Naxçıvan təhsilinin ildən-ilə daha da inkişafına layiqli töhfəsini verməkdə davam edir.

Sonra şagirdlərə mərkəzin fondunda olan kitablar haqqında geniş məlumat verilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM