NDU müəlliminin Azərbaycan miniatürlərinin universal dili ilə bağlı yazdığı məqalə impafaktorlu jurnalda dərc olunub

NDU müəlliminin Azərbaycan miniatürlərinin universal dili ilə bağlı yazdığı məqalə  impafaktorlu jurnalda dərc olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalənin müəllifi Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının baş müəllimi Ləman Məmmədovadır. “Azərbaycan miniatürlərinin universal dili” adlı  elmi məqalə impafaktorlu “Beynəlxalq humanitar və təbii elmlər jurnalı”nda (“İnternational Journal of Humanities and Natural Sciences”) nəşr olunub.

Məqalədə Azərbaycan miniatürlərində zəngin fəlsəfi dünyagörüşü, bədii-estetik təfəkkürü, düşüncəsi, rəsmetmədə özünəməxsus üslub və ifadə tərzlərinin peşəkarlıq səviyyəsi, tipologiyası, metod və üsulları haqda ətraflı məlumat verilib. Məqalədə, həmçinin qeyd edilib ki, klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində daha da genişlənib, boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərlə nəticələnib.

Səadət Əliyeva

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM