Naxçıvan Dövlət Universitetində 2020-ci ilin yekunları müzakirə olunub - FOTOLAR

Naxçıvan Dövlət Universitetində 2020-ci ilin yekunları müzakirə olunub<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində 2020-ci ilin yekunları müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universitetində 2020-ci ilin yekunlarına və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında qarşıya qoyulan vəzifələrə dair iclas keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağında 2020-2021-ci tədris ilinin əvvəlində tədris planları üzrə seçmə fənlərə yenidən baxılıb, günümüzdə aktuallıq kəsb edən yeni Robototexnika, Camışçılıq, Mikologiya və mikotoksikologiya, Naxçıvan xalçaçılıq məktəbi, Atıcılıq və digər fənlər universitet elmi şurasının müzakirəsinə çıxarılıb və təsdiq edilib. “Elektroenergetika mühəndisliyi” ixtisasının  tələbələrinin istifadəsi üçün günəş və külək enerjisi qurğusu quraşdırılıb. “Memarlıq və mühəndislik” fakültəsində “Texniki servis mərkəzi”, “İnformasiya texnologiyaları” ixtisasının tələbələri üçün “Robototexnika” fənn kabinəsi yaradılıb. Pedaqoji fakültədə Texnologiya və Atıcılıq Mərkəzi yaradılıb. Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Diplomatiya mərkəzi”, “Hüquqşünaslıq” ixtisasının tələbələri üçün “Kriminalistika” laboratoriyası və bir neçə əlavə fənn kabinələri, Tibb fakültəsində “Yaşıl əczaxana” yaradılıb. Universitet xəstəxananın fəaliyyəti genişlənib və ötən ilin may ayından etibarən xəstəxanada Cərrahiyyə, Laboratoriya  və Göz şöbələri də fəaliyyətə başlayıb. 

Elbrus İsayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində ali təhsil ocağında müasir maddi-texniki bazaya malik xüsusi binalar tikilir və ya yenidən qurularaq müəllim və tələbələrin ixtiyarına verilir. Xarici dillər fakültəsi üçün də yenidən qurulan və əsaslı sürətdə bərpa edilən binanın yaxın günlərdə istifadəyə hazır olması göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Bildirilib ki, xarici tələbələrin artım dinamikasında əldə edilən yüksək səviyyədə artım ali təhsil ocağının beynəlxalq əlaqələrinin düzgün və sistemli idarəedilməsi nəticəsində mümkün olub. Hazırda universitet xarici tələbələrin müraciəti və qəbul sayına görə ölkə üzrə öncüllüyünü qoruyur. Alman dilinin orta məktəblərdə tədrisi ilə bağlı universitet tərəfindən qaldırılan məsələ də Ali rəhbər tərəfindən rəğbətlə qarşılanıb  və öz həllini tapıb. 2020-2021-ci tədris ilində ilk dəfə ingilis dilində “İqtisadiyyat” ixtisasının tədrisinə başlanılıb.

Texnologiyalar Parkının yaradılması universitet tarixi üçün ötən ilin ən önəmli yeniliyi sayıla bilər. İlin ən uğurlu qərarlarından biri də 2020-ci ildə universitetin İncəsənət fakültəsi ixtisaslarının Türkiyə Cümhuriyyəti yeni tələbə qəbulu planına daxil edilməsi olub.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi tapşırığı ilə muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə gedə bilməyən əcnəbi tələbələrə vaxtaşırı olaraq ərzaq payı, maddi yardım təqdim olunub.

Universitetdə Dövlət proqramlarının yerinə yetirilməsi uğurla icra olunub. Vətən müharibəsində iştirak edən və qəhrəmancasına həlak olan şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq universitetin “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi təhsil alan tələbələrinin Yüksəl Əlizadə, Orxan Kərimli və Teymur Osmanlının xatirələri yad edilib, onlar üçün güşə yaradılıb və universitetin rəsmi elektron səhifələrində məlumatlar verilib.

Hesabat dövründə ali təhsil ocağında 2 beynəlxalq, 6 respublika səviyyəli elmi konfrans, tədqiqatçı-mütəxəssislərin elmi potensiallarının artırılması üçün dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu elm adamlarının iştirakı ilə müxtəlif mövzularda vebinar-təlimlər keçirilib.

2020-ci ildə universitet əməkdaşlarının 3 monoqrafiyası, 1 dərsliyi, 15 dərs vəsaiti, 27 metodik vəsaiti və proqramı, 307 elmi məqaləsi və 153 konfrans materialı çap olunub.

Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran rektor vurğulayıb ki, cari ildə də əmək və iş intizamı daha da gücləndirilməli, kadr hazırlığına günün tələbləri səviyyəsində diqqət artırılmalıdır.

Sonra universitetin 2021-ci ilə dair iş planı təsdiq edilib, ali təhsil ocağının elmi-ictimai və mədəni mühitində fəallıq göstərən müəllim və tələbələr mükafatlandırılıb.

Səadət Əliyeva

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM