“Dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib - FOTOLAR

“Dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib<font color=red> - FOTOLAR</font> “Dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminarda Mərkəzin sədri İsmayıl Qəribli muxtar respublikada dövlət qulluğu sahəsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, dövlət orqanları göstərilən qayğının müqabilində öz işlərini günün tələblərinə uyğun qurmalı, qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

İsmayıl Qəribli qeyd edib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2020-ci il 24 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 26 dekabr tarixli Fərmanı ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda bir sıra dəyişikliklər edilib. Həmin sənədlərdə inzibati və yardımçı vəzifələrin müvafiq təsnifatları üzrə ixtisas dərəcələrinin verilməsi müddətlərində dəyişiklik edilib, eləcə də ixtisas dərəcəsindən məhrumetmə, ixtisas dərəcəsinin aşağı salınması və vaxtından əvvəl verilməsi məsələləri öz əksini tapıb.

Daha sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşı Orxan Abdullayev slayd vasitəsilə dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsinin yeni qaydalarını seminar iştirakçılarına izah edib. İnzibati və yardımçı vəzifələrin ayrı-ayrı təsnifatları üzrə növbəti ixtisas dərəcələrinin verilməsi zamanı gözlənilən qulluq müddətləri, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi proseduru və digər məsələlər barədə məlumat verilib.

Qeyd edək ki, üç seansda keçirilən seminarda ümumilikdə 51 dövlət orqanını təmsil edən nümayəndələr iştirak edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM