Naxçıvanda ilk dəfə məktəblilər arasında robotexnika üzrə müsabiqə keçirilib - FOTOLAR

Naxçıvanda ilk dəfə məktəblilər arasında robotexnika üzrə müsabiqə keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda ilk dəfə məktəblilər arasında robotexnika üzrə müsabiqə keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda ilk dəfə məktəblilər arasında robotexnika üzrə müsabiqə keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Xətt izləyən robot" müsabiqəsi Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində şagirdlər arasında keçirilib.

Şəhər və rayon məktəblərinin VI-IX sinifləri üzrə, ümumilikdə 90 şagird müxtəlif sayda xətt izləyən robotla yarışıb. 4 mərhələdə təşkil edilən müsabiqədə 7 komanda mübarizə aparıb. Təyin olunan vaxtı ən qısa müddətdə və ən az cərimə xalı ilə başa vuranlar münsiflər heyəti tərəfindən qalib elan olunub. Qaliblər hədiyyə və diplomla mükafatlandırılıblar.                                                      

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texnologiya sahəsinə marağını artırmaq, bu sahədəki məlumatlılığını artırmaq, əldə etdiyi bilik və bacarıqlarla robot modellərinin dizaynı, qurulması, proqramlaşdırılması, idarə edilməsi metodlarını öyrətməkdən ibarət olub.

Qeyd edək ki, muxtar respublikada ümumtəhsil məktəbləri ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də uşaqların yaradıcı bacarıqlarını inkişaf etdirmələri və sağlam böyümələri üçün hər cür şərait yaradılıb. Ötən tədris ilindən şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tətbiq edilən "Innovativ dərnəklər" layihəsi çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur va Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə ümumilikdə 45-dən çox yeni dərnəklər yaradılıb. Məktəbdənkənar təhsil müəssisələrində yaradılan "Robotexnika" dərnəyi üzrə müəllimlər üçün təlimlər təşkil edilib, yaradılan dərnəklər lazımi avadanlıqlarla təchiz olunub.

Mədinə Rəhimli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM