Naxçıvan Dövlət Universitetinin çempion tələbələri mükafatlandırılıb - FOTOLAR

Naxçıvan Dövlət Universitetinin çempion tələbələri mükafatlandırılıb<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetinin çempion tələbələri mükafatlandırılıb<font color=red> - FOTOLAR</font>

NDU-nun idman bazası təmir edilərək yenidən qurulub, mini futbol meydançasının süni örtüyü yenisi ilə əvəzlənib, Pedaqoji fakültədə yerləşən idman zalı, böyük idman kompleksi  təmir edilib və idman məşğələləri lazım olan avadanlıqlarla təchiz edilib. Hər il ali təhsil ocağında Bədən tərbiyəsi müəllimi və məşqçilik üzrə 70-80 nəfər ixtisaslı kadr hazırlanır. Bu il futbol, voleybol və cüdo güləşi üzrə seminarlar keçirilib və bu seminarlarda 30-a yaxın tələbə iştirak edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültədə təhsil alan Avropa çempionları ilə fakültə tələbələrinin görüşü zamanı rektor Elbrus İsayev danışıb.

Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün muxtar respublikada idmanın inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi Naxçıvanda idmanın kütləviliyinin artırılması istiqamətində mühüm addımdır.

Universitet İdman klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Rəhimov vurğulayıb ki, son zamanlarda universitetin tələbələrindən Əliyev Tayfur I Avropa oyunlarında mükafata layiq III yeri tutub, Şahmatçımız Toğrul Həsənzadə və Pərviz Qasımov müxtəlif beynəlxalq turnirlərin qalibi olaraq usta normasını Sadiq Məmmədov isə fide usta normasını ödəyiblər. Karateçilərdən Sərcan Məmmədov və Aslan İsmayılov isə Avropa birinciliklərində müvəffəqiyyətlə çıxış ediblər. Sərcan Məmmədov İran İslam Respublikasında keçirilən Karate do üzrə beynəlxalq turnirin, Bakı şəhərində keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibi olub. Sərbəst güləşçilərdən Ramid Yaqubov və Azər Əliyev Azərbaycan Respublikası çempionu olublar.

Badmintonçu qızlarımız ümumi komanda hesabında dörd dəfə Azərbaycan ali məktəblərinin “Universiadası”nın qalibi olub, iki dəfə isə mükafata layiq üçüncü yeri tutublar. Universitetin tələbəsi Parisa Rüstami isə İran İslam Respublikasında keçirilən badminton üzrə beynəlxalq turnirin qalibi olub.

Uzunoba gölü sahilində keçirilən çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika birinciliyi yarışlarında universitet komandası bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Sahil parkında keçirilən stolustü tenis yarışlarında mükafata layiq bütün yerləri ali təhsil ocağının tələbələri tutublar.

Çempion tələbələr idmanın inkişafına göstərilən dövlət dəstəyinə görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda rektor universitetin idman imicini layiqincə qoruyan tələbələrə diplom və hədiyyə təqdim edib.                                  

                                                     Səadət Əliyeva

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM