Naxçıvan Bölməsində Xocalı soyqırımına həsr olunan virtual sərgi yaradıldı

Naxçıvan Bölməsində Xocalı soyqırımına həsr olunan virtual sərgi yaradıldı

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Xocalı soyqırımı” adlı virtual sərgi Bölmənin Elmi Kitabxanasında keçirilib. Sərgidə  “Xocalı yaddaşı”, “Terror: hadisələr, faktlar, sübutlar”, “Xocalı soyqırımı”, “Hocalı katliamı”, “Xocalıda kəsilən başlar”, “Böyüməyən uşaqlar”, “Torpaq qan ağlayır”, “Dünya susmasın gərək”, “Soyqırım”, “Şəhid Xocalı”, “Xocalı uşaqları”, “Terrorizm və qan çilənən torpaqlar”, “Hocalı soykırımı tanıkların dilinden”, “Ходжалы хроника геноцида”, “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth” və başqa kitablar nümayiş olunur. Sərgi vasitəsilə faciə ilə bağlı müxtəlif illərdə dövri mətbuatda dərc edilmiş məqalələrə də keçid etmək mümkündür.

Virtual sərgi ilə ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://docs.google.com/presentation/d/1I9OZv2Xf_PhytCrQeMixCQtkRvbnw7-xJX_toIIL3-I/mobilepresent#slide=id.gbe5bc105fb_0_0

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM