AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTOLAR

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib<font color=red> - FOTOLAR</font> AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib<font color=red> - FOTOLAR</font>

Bu barədə Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Akademik çıxışında Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2021-ci il tarixli “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” və 22 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” Sərəncamlarından irəli gələn vəzifələr barədə məlumat verib.

Sonra AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev “Lütfi Zadə: həyatı və elmi” mövzusunda məruzə edib.

İclasda, həmçinin Naxçıvan Bölməsinə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı xarici dil imtahanının nəticələri və gündəlikdəki digər məsələlər Rəyasət Heyətinin müzakirəsinə çıxarılaraq müvafiq qərarlar qəbul olunub.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM