“Qalatasaray” səfərdə qazandığı qələbə ilə ikinci pilləyə yüksəlib

“Qalatasaray” səfərdə qazandığı qələbə ilə ikinci pilləyə yüksəlib

Türkiyə Superliqasında 10-cu turun növbəti oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ikinci oyun günündə “Qalatasaray” səfərdə “Rizəspor”un qonağı olub. Qonaqlar meydan sahiblərinin qapısından 4 cavabsız qol keçirib. İstanbul təmsilçisinin heyətində Mbaye Caqne (45, 52, 79) və Taylan Antalyalı fərqlənib.

Beləliklə, “Qalatasaray” səfərdə qazandığı qələbə sayəsində ikinci pilləyə yüksəlib.

Günün digər “Başakşəhər” – “Dənizlispor” matçı 3:3, “Qaziantep” – “Yeni Malatyaspor” görüşü isə 2:2 hesablı heç-heçə ilə bitib.

Turnir cədvəlinə 20 xalla “Alanyaspor” başçılıq edir. “Qalatasaray” 20 xalla ikinci, eyni xala malik olan “Fənərbağça” üçüncüdür.

Turun növbəti oyunları noyabrın 29 və 30-da keçiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM