“Qarabağ” klubu “Makkabi” ilə oyun üçün İstanbula yola düşüb

“Qarabağ” klubu “Makkabi” ilə oyun üçün İstanbula yola düşüb

“Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin “Makkabi Tel-Aviv” komandası ilə qarşılaşmaq üçün İstanbula yola düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi klubun “Facebook” hesabına istinadla xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün səfərdə heyətində yer almayıb. Bakı vaxtı ilə saat 16:30-da ölkə çempionunun mətbuat konfransı, 19:30-da isə komandanın son məşqi baş tutacaq.

Qeyd edək ki, dekabrın 3-də İstanbulda “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM