Millimizin oyunlarının vaxtı müəyyənləşib

Millimizin oyunlarının vaxtı müəyyənləşib

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların vaxtı və məkanları müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, yanvarın 29-da millimiz Slovakiya yığmasını Bakı İdman Sarayında qəbul edəcək. Görüş saat 18:00-da start götürəcək.

Fevralın 2-də futzalçılarımız Yunanıstan seçməsinin qonağı olacaqlar. Matç Afinadakı “Daiss Sports Hall”da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM