"Fənərbağça" - "Qalatasaray" derbisinin vaxtı açıqlanıb

"Fənərbağça" - "Qalatasaray" derbisinin vaxtı açıqlanıb

Türkiyə Super Liqasının XXIV turunda "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İstanbul derbisi fevralın 6-da oynanılacaq.

"Şükrü Saracoğlu" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cari mövsümün ilk dövrəsində "Türk Telekom Arena"da baş tutmuş oyunda hesab açılmayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM