Məsut Özilin “Fənərbağça”ya keçidi rəsmiləşib

Məsut Özilin “Fənərbağça”ya keçidi rəsmiləşib

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Türkiyənin “Fənərbağça” klubuna keçib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, İngiltərənin “Arsenal” klubundan ayrılan yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayıb.

İstanbul klubu almaniyalı ilə 3,5 illik anlaşmanı rəsmiləşdirib. Cari mövsümün ikinci yarısında Özilin maaşını “Arsenal” ödəyəcək.

Sonrakı üç ildə futbolçu “Fənərbağça”dan ildə 5 milyon avro alacaq. İstanbul təmsilçisi yarımmüdafiəçiyə keçidi üçün əlavə 2,5 milyon da ödəyəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM