Seyko Haşimoto: Tokio Yay Olimpiya və Paralimpiya Oyunları tamaşaçıların iştirakı ilə keçirilməlidir

Seyko Haşimoto: Tokio Yay Olimpiya və Paralimpiya Oyunları tamaşaçıların iştirakı ilə keçirilməlidir

Koronavirus pandemiyası ilə bağlı vəziyyətə baxmayaraq, Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarını tamaşaçıların izləmələrinə icazə verilməlidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri “Tokio-2020”nin təşkilat komitəsinin rəhbəri Seyko Haşimoto Yaponiyanın “Asahi” və “Yomiuri” qəzetlərinə müsahibəsində bildirib.

O deyib ki, hazırkı vəziyyətdə digər yarışlara tamaşaçılar buraxılır. Əlbəttə, idmançılar belə olan halda düşünəcəklər ki, bəs, niyə yalnız Olimpiya və Paralimpiya Oyunları azarkeşsiz keçirilməlidir. S.Haşimoto hələlik belə bir variantın təklif edilmədiyini, ancaq koronavirusla əlaqədar vəziyyəti izləmək lazım olduğunu vurğulayıb.

Eyni zamanda, təşkilat komitəsinin rəhbəri ilk növbədə infeksiyanın yayılmasına qarşı tədbirlərin görülməsinə ehtiyac olduğunu da bildirib.

Qeyd edək ki, martın 3-də Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Paralimpiya Komitəsinin, Yaponiya hökumətinin, Tokio rəhbərliyinin və Oyunların təşkilat komitəsinin nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilməlidir. Həmin görüşdə Olimpiada və Paralimpiada zamanı idman obyektlərinə tamaşaçıların buraxılması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM