Mançester derbisində iki qol vurulub

Mançester derbisində iki qol vurulub

Martın 7-də İngiltərə Premyer Liqasının XXVIII turunun mərkəzi görüşü keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun maraq doğan görüşü “Emireyts” stadionunda "Mançester Siti" və "Mançester Yunayted" komandaları arasında oynanılıb.

Qarşılaşma “Mançester Yunayted” klubunun qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 2-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə Brunu Fernandeş açıb. Matçın 50-ci dəqiqəsində isə Lük Şou yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra "Mançester Yunayted" xal ehtiyatını 54-ə çatdıraraq yarış cədvəlində ikinci pillədə, “Mançester Siti” isə 65 xalla birinci yerdə qərarlaşıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM