Harri Keyn və Son Xın Min İngiltərə Premyer Liqasında rekorda imza atdılar

Harri Keyn və Son Xın Min İngiltərə Premyer Liqasında rekorda imza atdılar

Londonun "Tottenhem Hotspur Stedium" stadionunda "Tottenhem Hotspur" və “Kristal Pelas” komandaları arasında İngiltərə Premyer Liqasının XVII turunun son matçı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Opta Sport”un xəbərinə görə, "Tottenhem"in hücumçusu Harri Keyn və Son Xın Min bu oyun da daxil olmaqla, İngiltərə Premyer Liqasının matçlarında bir-birinə 14 dəfə ötürmə ediblər. Onlar bu göstərici ilə "Blekbern Rovers"in hücumçuları Alan Şirera və Kris Sattonun 1994/1995-ci illər mövsümündəki (13 ötürmə) rekordunu üstələyiblər.

Joze Mourinyonun yetirmələri 27 matçda 45 xal yığıblar və İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünün yarış cədvəlində 6-cı yeri tuturlar. "Kristal Pelas" 34 xalla 13-cü yerdə qərarlaşıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM