Şahmat üzrə onlayn yoldaşlıq görüşü bu dəfə Sədərək rayonunda təşkil olundu

Şahmat üzrə onlayn yoldaşlıq görüşü bu dəfə Sədərək rayonunda təşkil olundu

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Lichess.org platforması vasitəsilə baş tutan görüşdə Sədərək və Pakistanın komandalarının hər birində 16 müxtəlif şahmatçı olmaqla 32 şahmatçı şagird iştirak edib. Yevlax Şəhər Uşaq  Gənclər Şahmat məktəbinin komandası isə qonaq qismində 16 müxtəlif dərəcəli şahmatçı şagird  ilə iştirak edib.  Şagirdlərin maraqla iştirak etdikləri mübarizədən Sədərək Rayon Uşaq Gənclər Şahmat məktəbinin komandası xal hesabı ilə qalib ayrılıb. 

Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Sədərək Rayon Təhsil Şöbəsinin, Uşaq Gənclər Şahmat Məktəbinin və Pakistan Akıl Sporları Satranc mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əli Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM