Muxtar respublikada istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 93,4 faizdir

Muxtar respublikada istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 93,4 faizdir

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda bildirilir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

 Belə ki, 2020-ci ildə muxtar respublikada 1 milyard 40 milyon 475 min manatdan artıq sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyib. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 93,4 faiz təşkil edib.

Qeyd edək ki, muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirib, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılıb.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM