Muxtar respublikada ümumi daxili məhsul istehsalı 0.3 faiz artıb

Muxtar respublikada ümumi daxili məhsul istehsalı 0.3 faiz artıb

Bu barədə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir. Belə ki, muxtar respublikada 2021-ci ilin yanvar ayında 175 milyon 822 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 381 manata çatıb.

Qeyd edək ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə məhsul istehsalı  da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM