Türk Mədəniyyət və İrsi Fondunun prezidenti: Ermənistan insanlığa qarşı cinayət törədib

 Türk Mədəniyyət və İrsi Fondunun prezidenti: Ermənistan insanlığa qarşı cinayət törədib

Ermənistan Ağdamda tarixi, dini abidələri talan edib, dağıdıb. Bu, insanlığa qarşı cinayətdir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu sözləri yanvarın 17-də jurnalistlərə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.

Onun sözlərinə görə, artıq ikinci dəfədir bu ərazilərə gəlir: “Ötən il biz diplomatik nümayəndəliklərin səfəri zamanı bura gəlmişdik. İlk növbədə biz sevinc hissi keçiririk ki, Azərbaycan öz əzəli torpaqlarına qovuşub. Digər tərəfdən isə belə dəhşətli faciənin şahidi oluruq. Çünki burada tarixi, dini abidələr talan edilib, dağıdılıb. Bu, insanlığa qarşı bir cinayətdir. Biz buna biganə qala bilmərik. Hesabatlar hazırlamışıq və onu aidiyyəti üzrə beynəlxalq qurumlara göndərəcəyik. Biz, eyni zamanda, bu gözəl torpaqlarımızın, abidələrimizin yenidən bərpasında da rol oynamaq istəyirik".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM