“Yurdumuza bahar gəlir” adlı uşaq rəsm müsabiqəsinə qeydiyyat davam edir

“Yurdumuza bahar gəlir” adlı uşaq rəsm müsabiqəsinə qeydiyyat davam edir

“Nizami Gəncəvi İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir.

Dövlət Rəsm Qalereyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Yurdumuza bahar gəlir” afişasına toxunmaq və ya http://xsm.az/site/yurdumuzabahargelir/ linkinə daxil olaraq 1 və ya 2 əsərin fotosunu göndərməklə qeydiyyatdan keçmək tələb olunur.

Müsabiqəyə əsər qəbulu martın 2-dək davam edəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər