"Nuh diyarı - Naxçıvan" infoturu davam edir - VİDEO

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Naxçıvanda növbəti infotura start verilib. Azərbaycan, Türkiyə və İranı təmsil edən nüfuzlu media orqanlarının və turizm şirkətlərinin nümayəndələri "Nuh diyarı - Naxçıvan" infoturuna böyük maraq göstərirlər.

100-dən çox nümayəndənin qatıldığı "Nuh diyarı - Naxçıvan" inforturunun iştirakçıları sırasında Azərbaycan və qonşu ölkələrin ən nüfuzlu turizm agentlikləri, bloqçular, televiziya kanalları və digər media nümayəndələri iştirak edir. Türkiyənin nüfuzlu “Star” və “ATV” telekanalları, “Anadolu” Agentliyi, İran İslam Respublikasının tanınmış turizm şirkətləri və “İrna” Xəbər Agentliyi, eləcə də ölkəmizin “Azad Azərbaycan”, “ARB”, “Space”, “CBC”, “Real TV”, “İctimai”, “Azərbaycan” və Naxçıvan  televiziyalarının, “Nuhçıxan” “Report”, “Trend” kimi tanınmış informasiya agentliklərinin nümayəndələrinin iştirak etməsi bir daha onu göstərir ki, Naxçıvanın turizm imkanları region üçün böyük maraq obyektidir.

Davam edən infotur çərçivəsində qədim Ordubad diyarı ilə tanışlıq rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarətlə başlayıb. XVII əsrə aid qədim Qeysəriyyə binasında yerləşən muzeyin müxtəlif tarixi dövrləri əks etdirən eksponatları tur iştirakçılarında zəngin təəssürat oyadıb.

Naxçıvan televiziyasının əməkdaşları  qonaqların növbəti ekskursiyası ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir. 

 

Şövkət Kərimli

Xəbər lenti
Çox oxunan xəbərlər