Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin fəaliyyəti genişləndirilir - FOTOLAR

Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin fəaliyyəti genişləndirilir<font color=red> - FOTOLAR</font> Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin fəaliyyəti genişləndirilir<font color=red> - FOTOLAR</font>

“Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni  istehsal xətti fəaliyyətə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev deyib ki, bu gün fəaliyyəti genişləndirilən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlığın inkişafı, istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əyani ifadəsidir. Müəssisədə istehsal ediləcək yeni çeşiddə plastmas kapsul və qapaq istehsalı daxili bazarda tələbatın yerli və keyfiyyətli məhsullar hesabına ödənilməsinə imkan yaradacaqdır. Yeni istehsal xəttinin istifadəyə verilməsi ilə müəssisə tərəfindən istehsal olunacaq plastmas kapsul çeşidi 12-yə, qapaq çeşidi 4-ə çatıdırılacaq, qulp istehsalı isə 1 çeşiddə həyata keçiriləcəkdir. İstehsal sahəsi ilə yanaşı, burada hazır məhsul, xammal anbarı və digər xidmət sahələri də yaradılıb. Müasir tələblərə cavab verən tam avtomatlaşdırılmış plastmas kapsul və qapaq istehsalı müəssisəsi əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün istifadəyə verilən müəssisə muxtar respublika üçün çox əhəmiyyətlidir. Ona görə ki, muxtar respublika ərazisi mineral sularla zəngindir. Eyni zamanda  maye şəklində istehsal olunan bir sıra məhsullar vardır ki, bu müəssisədə istehsal olunan taralara ehtiyacı vardır. 2020-ci ildə "Sirab" Mineral Sular Zavodunda 29, "Badamlı" Mineral Sular Zavodunda isə 16 milyon litrə yaxın su qablaşdırılıb satışa verilib. Onların 60 faizə yaxını bu gün istifadəyə verilən müəssisənin istehsal edəcəyi 5, 10, 19 litrlik taralarda satışa çıxarılıb. Ötən il muxtar respublikaya 3 milyona yaxın belə tara idxal hesabına gətirilib. Lakin bu gündən etibarən muxtar respublikada bu cür taralara olan ehtiyac yerli istehsal hesabına ödəniləcək, hətta böyük ixrac imkanları da yaranacaqdır.

Ali Məclisin Sədri müəssisənin yeni istehsal xəttini işə salıb.

Məlumat verilib ki, 2019-cu ildə müəssisədə 0,33, 0,5, 1, 1,5 litr olmaqla, 4 çeşiddə plastmas kapsul və 1 çeşiddə qapaq istehsalı sahəsi istifadəyə verilib, yaradılan istehsal xətti hesabına bu məhsullara olan tələbat 100 faiz ödənilib. 2020-ci ildə müəssisədə 5, 10, 19 litr olmaqla, 3 yeni çeşiddə plastmas kapsul, 5-10, 19 litr üçün 2 çeşiddə qapaq, 5-10 litr üçün 1 çeşiddə qulp istehsalı xətti yaradılıb. Yeni istehsal sahəsinin yaradılmasına 3 milyon 200 min manatı Sahibkarlığın İnkişafı Fondu, 2 milyon 920 min manatı isə müəssisənin daxili imkanları hesabına olmaqla, ümumilikdə, 6 milyon 120 min manat vəsait sərf olunub.

Müəssisədə Kanada istehsalı olan “HUSKY” markalı yeni avadanlıq quraşdırılıb, Türkiyə və Cənubi Koreyadan xammal alınıb. Yeni istehsal xəttinin gücü ildə 15 milyon 840 min kapsul və 18 milyon 480 min qapaq istehsal etməyə imkan verir. Ötən il muxtar respublikada 5, 10, 19 litr çeşiddə olan məhsullara tələbat 2,5-3 milyon ədəd olub. Yeni istehsal xəttinin istifadəyə verilməsi ilə tələbat 100 faiz yerli imkanlar hesabına ödəniləcək, eləcə də ixrac imkanı yaranacaqdır. İstehsal xəttinin yaradılması ilə 8 yeni iş yeri açılıb.

Müəssisənin laboratoriyasında məhsulların keyfiyyətinə daim nəzarət olunur.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM