Naxçıvan şəhidlərini son mənzilə yola saldı - VİDEO

Şanlı tarixini möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya yenilməz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Qələbəni bizə yaşadan, şəhidlik zirvəsinə yüksələn həmyerlilərimizin daha bir qrupu bu gün Naxçıvanda böyük izdihamla qarşılanaraq son mənzilə yola salınıblar.

Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhər və rayonlara aparılıb.

Eyvazov İslam Həsən oğlu, Məmmədzadə Pərviz Zahid oğlu Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində, Məmmədov Araz Qəhrəman oğlu Naxçıvan şəhərinin Tumbul kəndində, Rüstəmov Basit İdris oğlu Kəngərli rayonunun Xok kəndində son mənzilə yola salınıblar. 

Nurlana Əhmədova

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM