Misir portalı Azərbaycan Prezidentinin Ağdamın azad edilməsi münasibətilə xalqa müraciətini yayıb - FOTOLAR

Misir portalı Azərbaycan Prezidentinin Ağdamın azad edilməsi münasibətilə xalqa müraciətini yayıb<font color=red> - FOTOLAR</font> Misir portalı Azərbaycan Prezidentinin Ağdamın azad edilməsi münasibətilə xalqa müraciətini yayıb<font color=red> - FOTOLAR</font>

Misirin “Aldiplomasy” informasiya portalı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətinin tam mətnini yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Aldiplomasy”, həmçinin “Euronews” telekanalının Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərindən reportajına da yer ayırıb. Portalın xəbərində vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”un müxbirinə dağıdılmış şəhərin Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizm aktı olduğunu söyləyib. O əlavə edib ki, işğaldan əvvəl Füzulidə 100 min insan yaşayırdı. Bu şəhər günbəgün firavanlaşırdı, lakin erməni işğalçıları onu yerlə-yeksan ediblər. Hikmət Hacıyev deyib ki, Azərbaycan ermənilərin dağıtdığı şəhəri bərpa edəcək, Füzuliyə həyat qayıdacaq və o, yenə firavanlaşan Azərbaycan şəhərinə çevriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM