Rəcəb Tayyib Ərdoğan: Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik acıları sona çatdıran zəfərin sevincini yaşadıq

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik acıları sona çatdıran zəfərin sevincini yaşadıq

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kütahya, Afyon, Batman və Siirt vilayətlər təşkilatlarının konfransı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, videoformatda keçirilən konfransa qatılan Türkiyə Prezidenti Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan siyasi həmfikirləri qarşısında çıxış edib.

Türkiyənin qarşılaşdığı problemlərdən, o cümlədən Ermənistanın xarici güclərin təsiri ilə Qafqazda problemlər yaratmasını və bütün bu məsələlərin qətiyyətlə dəf edildiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik acıları sonra çatdıran zəfərin sevincini yaşadıq”.

AKP-nin qarşıda duran vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyini, partiyanın sıralarının sürətlə genişləndiyini diqqətə çatdıran partiya sədri gələcək planlardan danışıb.

Türkiyənin xarici siyasətinin istiqamətləri, ölkədə həyata keçirilən sosial-iqtisadi layihələr barədə geniş məlumat verən dövlət başçısı xarici ölkələrlə ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb.

“Dostlarımız və müttəfiqlərimizlə daha güclü əməkdaşlıq etmək istəyirik”, - deyən Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə ifadə edib ki, ölkədə həyata keçirilən islahatlar iqtisadi sahədə böyük nəticələr verəcək.

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərindən danışan dövlət başçısı vurğulayıb ki, epidemiyanın nəzarətdən çıxması daha böyük problemlər yarada bilər.

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM