Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Dekabrın 2-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefonla danışıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Noyabrın 10-da imzalanan birgə Bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM