Ermənipərəst qüvvələr məğlubiyyətə uğrayıblar

Ermənipərəst qüvvələr məğlubiyyətə uğrayıblar

Belçika Federal Parlamentinin Xarici əlaqələr komitəsinin bu gün keçirilən iclasında erməni diasporu və ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ermənipərəst deputatların gündəmə gətirdiyi sabiq işğalçı rejimin tanınması, onunla “diplomatik əlaqələrin” qurulması və Azərbaycana qarşı tədbirlərin tətbiqi, Türkiyənin Avropa İttifaqı üzvlüyünə dair danışıqların dərhal dayandırılması və digər cəfəng çağırışları əks etdirən bütün təkliflər səsvermədə qəti şəkildə rədd edilib.

Belçika Federal Parlamentinin Xarici əlaqələr komitəsi parlament çoxluğunun regionda gələcək barışığa və sülhə yönəlik ismarıcları olan qətnamə layihəsini təsdiq edib. Qətnamə layihəsinin yekun mətninin gələcək plenar iclasların birində səsverməyə qoyulması gözlənilir.

Xəbər lenti
Tramp Ağ Evlə vidalaşdı

21:42 20.01.2021

Çox oxunan xəbərlər