İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən faktorlar - FOTOLAR

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən faktorlar<font color=red> - FOTOLAR</font> İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən faktorlar<font color=red> - FOTOLAR</font> İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən faktorlar<font color=red> - FOTOLAR</font> İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən faktorlar<font color=red> - FOTOLAR</font> İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən faktorlar<font color=red> - FOTOLAR</font> İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən faktorlar<font color=red> - FOTOLAR</font>

İstənilən lider müharibədən nə qazanacağı ilə bağlı gözləntilər formalaşdırır və buna nail olmaq üçün əlindəki resursları dəyərləndirir. Nəzərə alsaq ki, əksər müharibələrə iki tərəf cəlb olunur, onda tərəflərdən biri dəyərləndirməni səhv apardığından məğlubiyyətə uğrayır. Müharibəni qazanan tərəfin nəticələrlə bağlı gözləntiləri özünü doğrultduqda müharibə bitmiş hesab olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti, milli təhlükəsizlik üzrə ekspert mayor Xəyal İsgəndərovun “İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən faktorlar” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Müharibədən öncə dövlət rəhbərləri öz ordusunun imkan və qabiliyyətləri barədə xüsusi məlumatlara malik olurlar. Bundan qarşı tərəfin kəşfiyyat orqanlarının demək olar ki, məlumatı olmur. Lakin döyüşlər davam etdikcə bu gizli məlumatlar aşkara çıxır. Bununla yanaşı, xüsusi hazırlıqlı komanda tərəfindən qarşı tərəfin gündəlik fəaliyyətindən tutmuş siyasi elitasında baş verən dəyişikliklərə qədər davamlı təhlillər aparılır. Azərbaycan Respublikası Prezident Administrasiyası ilə Müdafiə Nazirliyinin mətbuat xidmətinin, eləcə də hərbi informasiya mərkəzlərinin müharibə dövründəki müştərək fəaliyyətini belə bir komandanın işinə uğurlu nümunə kimi göstərmək olar. İnformasiya cəbhəsində aparılan həmin təhlillərin nəticələri sonradan cərəyan edən hadisələrə təsirini mütləq şəkildə göstərir. Bu baxımdan Azərbaycanda yerli və xarici auditoriya üçün təqdim edilən məlumat və faktlar sayəsində informasiya müharibəsində boşluğun yaranmasına və bununla da ermənilərin əsas silahı olan saxta xəbərlərin (fake news) həmin boşluğu doldurmasına imkan verilmədi. Onu da qeyd edək ki, Ermənistan hakimiyyətinin uzun illər informasiya sahəsində apardığı qismən uğurlu mübarizə də bu müharibədə tam fiaskoya uğradı. Ermənistan rəhbərliyi kapitulyasiya müqaviləsini imzaladığı gün bu ölkənin Müdafiə Nazirliyinin sözçüsü xalqı aldatdığını və bunu bilavasitə nazirliyin istəyi ilə etdiyini bildirdi və vəzifəsindən istefa verdi.

Hər döyüşün nəticəsindən, təklif edilən şərt və tələblərdən asılı olaraq dövlət rəhbərində qarşı tərəfin hansı gücə malik olması barədə fikir formalaşır. Bu fikir əsasında lider qarşı tərəfin hansı addımları atacağı barədə təxminlər edir. Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, bütün liderlər bu prosesi bilir və ondan strateji səviyyədə istifadə etməyə çalışırlar. Ermənistan hakimiyyəti də eyni strategiyanı tətbiq etməklə öz məqsədinə çatmağa çalışırdı. Belə ki, Ermənistan cəmiyyətində uzun illər idi ki, belə bir tendensiya yaranmışdı ki, azərbaycanlılar öz torpaqlarını müharibə yolu ilə azad etməyə iddialı deyil və danışıqlar prosesinin nəticəsini gözləməyə meyillidirlər. Elə Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-adekvat davranışları, Azərbaycan rəhbərliyi və ictimaiyyətində qıcıq doğuran davranışları buna hesablanmışdı. Paşinyanda ifrat dərəcədə özündən razılıq var idi. Lakin bu o qədər də qeyri-adi deyil. Çünki o, liderlik keyfiyyətlərindən məhrum, siyasi-tarixi biliyi məhdud, küçədən gəlmiş bir “siyasətçi” idi və öz davranışlarının belə bir fəlakətlə nəticələnəcəyini düşünmək iqtidarında deyildi.

Tərəflərin gücü haqqında müşahidə olunmayan faktorlar (hərbi qabiliyyət, effektivlik və müttəfiqlərin etibarlılığı) əsasında asimmetrik məlumatlar əldə edilə bilər. İnformasiya çatışmazlığı olan bir mühitdə inam (dövlətə, liderə) da dövlətin manevrlərini müəyyən etmək üçün çox vacibdir. İnamı riyazi ölçmək mümkün olmadığından tədqiqatçılar müxtəlif yerli qurumların hipotezləri və ya qarşı tərəfin müşahidə olunan qabiliyyətləri əsasında informasiya resurslarını artırmağa çalışırlar.

“Qlobal Atəş Gücü-2020” (Global Firepower-2020) indeksində müşahidə olunan faktorlar əsasında tərəflərin silahlı qüvvələrinin müharibədən əvvəlki gücü cədvəldə aşağıdakı kimi göstərilib.

Cədvəl. Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin müqayisəsi

 

 

Faktorlar

Azərbaycan

Ermənistan

Aktiv şəxsi heyəti (nəfər)

126 000 (40/138)

45 000 (66/138)

Aktiv ehtiyatı (nəfər)

300 000

200 000

Xidmətə yararlı heyət (nəfər)

3 781 760

1 396 726

Hərbi Hava Qüvvələri vasitələri (ədəd)

147

64

Tank (ədəd)

570

110

ZTR (ədəd)

1451

748

Özüyeriyən artilleriya qurğusu (ədəd)

187

38

Yedəkli artilleriya (ədəd)

227

150

Yaylım atəşli raket sistemi (ədəd)

162

68

Cədvəldə göstərilmiş amillər əsasında tərəfləri müqayisə edərkən Azərbaycan Respublikasının nəzərəçarpacaq qədər güclü olduğu görünür. Lakin müşahidə olunan faktorlar əsasında aparılan dəyərləndirmə aldadıcı ola bilər. “ArmedForces.eu” saytında Ermənistan ordusunda 529 tank, 1000 zirehli texnika və 436 artilleriya qurğusunun olduğunu iddia olunur ki, düşmənin məhv edilmiş ümumi texnika sayını nəzərə alsaq, bu rəqəmlər daha real görünür. Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Tomas Baranec və Beskid Juraj bildirir ki, Ermənistan ordusunun 170 tankı, 250 zirehli texnikası, 360-dan çox artilleriya qurğusu Dağlıq Qarabağda yerləşdirilmişdi.

Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutun 2020-ci il statistikasına görə, Ermənistan Respublikası Silahlı Qüvvələrinin sayı 44 min 800 nəfər idi. Ehtimal olunur ki, Ermənistan Ordusunun təxminən 20-22 min nəfərlik şəxsi heyəti Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmişdi. Qeyd edək ki, müharibə başlayandan bitənədək Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus 400-dək tank və digər zirehli texnika, 1000-ə qədər artilleriya qurğusu, 80-ə qədər hava hücumundan müdafiə vasitəsi məhv edilib. Bu texnikaların böyük əksəriyyəti qeyri-qanuni yollarla Ermənistana gətirilmişdi. Ona görə də müşahidə olunmayan faktorların sayəsində müharibədə tərəflər arasında balansın pozulması ehtimalı yüksəkdir. Əslində, Ermənistanın da güvəndiyi bu idi, qeyri-qanuni arsenalın hesabına Azərbaycan üzərində qələbə qazanacağına inanırdı. Lakin Azərbaycan Ordusu ermənilərin gizli texnikalarından istifadə arzusunu ürəyində qoydu və onların döyüş meydanına çıxardığı texnikanın əksəriyyətini məhv etdi, bir hissəsini isə qənimət kimi götürdü. Hərbi güc baxımından tərəflər arasında elə də ciddi fərq yoxdursa, yüksək texnologiyaya malik tərəfin qələbə qazanması ehtimalı çox yüksəkdir. Bu baxımdan Azərbaycanın qələbə qazanmasında əsas səbəblərdən biri ordumuzun arsenalında yüksək texnologiyaya əsaslanan silah sistemlərinin olması idi ki, qarşı tərəf bunu düzgün qiymətləndirməmişdi.

Beləliklə, yuxarıda qeyd olunan faktların hamısını nəzərə alsaq, istənilən müharibədə hərbi gücü çox olan ölkə mütləq qələbə qazanır. Hərbi gücləri təxminən eyni olan ölkələrdən yüksək texnologiyaya malik olan, texnoloji qabiliyyətləri baxımında aralarında asimmetriya olmayan ölkələrdən daha çox insan resursu səfərbər edən tərəf qələbə qazanır. Yalnız bəzi hallarda yüksək fədakarlıq və dözümlülük zəif hərbi gücü kompensasiya edib qələbəyə səbəb olur ki, Ermənistanın müharibə müddətində belə bir şansı ümumiyyətlə olmadı. Çoxillik istehkam və müdafiə qurğularını, ərazinin relyefini nəzərə alsaq, Azərbaycan Silahlı Qüvvələrinin ikinci Qarabağ müharibəsindəki irəliləmə tempi son 120 il üzrə təhlilini apardığımız qırx müharibə arasından Birinci Körfəz müharibəsində (yanvar-fevral 1991-ci il) və İraq müharibəsinin birinci mərhələsində (mart-aprel 2003-cü il ) koalisiya qüvvələrinin hücum tempi ilə, effektivliyi isə “Altı günlük” müharibə (Üçüncü Ərəb-İsrail müharibəsi, 5-10 iyun 1967-ci il) ilə müqayisə edilə bilər. Bu baxımdan 44 günlük ikinci Qarabağ müharibəsi Azərbaycan xalqının tarixə qızıl hərflərlə yazdığı Vətən Müharibəsi kimi hələ uzun illər tədqiq ediləcək və gələcək nəsillərə nümunə göstəriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM