Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Vətən müharibəsi  şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edənlər müzəffər ordumuzun qələbəsindən və şəhidlərimizin xatirəsinin yad edilməsinin əhəmiyyətindən danışıblar.

Günnüt əməliyyatlarının və 2-ci Qarabağ müharibəsinin iştirakçısı,  zabit Renat Şıxnəbiyev döyüşlər barədə təəssüratlarını bölüşüb.

Saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonda şəxsi heyətin təntənəli keçidi olub.

Kənan Cəlilov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM