“Jewish Journal” nəşrində Vaşinqtondakı iğtişaşlar və erməni radikalların Los-Ancelesdə azərbaycanlılara qarşı hərəkətləri barədə məqalə dərc olunub

“Jewish Journal” nəşrində Vaşinqtondakı iğtişaşlar və erməni radikalların Los-Ancelesdə azərbaycanlılara qarşı hərəkətləri barədə məqalə dərc olunub

Amerikanın “Jewish Journal” nəşri Xocalı qətliamının möcüzəli şəkildə salamat qalan şahidi Dürdanə Ağayevanın ABŞ-da iğtişaşlar və Kapitoli binasına hücum, həmçinin erməni radikalların Los-Ancelesdə azərbaycanlılara qarşı zorakılığı barədə məqaləsini dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Dürdanə Ağayeva ABŞ-da Tramp tərəfdarlarının Konqres binasına hücumu zamanı hadisələrin necə cərəyan etməsini bütün dünyanın izlədiyini yazır. O qeyd edir ki, qüsursuz ədalətin hökm sürdüyü ABŞ-ın vətəndaşları azad milləti təmsil edirlər. Lakin yeni seçilən Prezident Baydenin qələbəsinin təsdiqlənməsi prosesi ərəfəsində, yanvarın 6-da baş verən hadisələr bizə məlum Amerika dəyərləri ilə bir araya sığmır.

Daha sonra D.Ağayeva iğtişaşlarla bağlı son aylar müşahidə olunan digər həyəcanlı meyillərdən də yazır. Belə ki, ötən ilin iyulunda Los-Ancelesdə Azərbaycanın Baş konsulluğunun və digər diplomatik missiyaların binası qarşısında ermənilərin etiraz aksiyaları keçirildi. Amerika Erməni Milli Komitəsi və Erməni Gəncləri Federasiyasının təşkil etdiyi bu aksiyalar zamanı yüzlərlə erməni radikal tərəfindən azərbaycanlıların kiçik qrupuna qarşı amansız hücum nəticəsində 9 azərbaycanlı yaralandı, onlardan 5 nəfəri xəstəxanaya yerləşdirildi. Los-Anceles polisinin əməkdaşı da yaralanmış, hücum edən şəxs isə həbs edilmişdi. Los-Anceles polisi bu insidenti ədavət zəminində cinayət kimi təhqiq edir. Hadisədən bir neçə həftə sonra elə həmin erməni qruplaşmaları eyni binada yerləşən İsrail səfirliyinə qarşı etirazla çıxış edərək, İsraili nasist Almaniyası ilə bərabər tutublar.

Ötən il noyabrın əvvəlində, Ermənistanın baş naziri Nikol Paşinyan işğal edilmiş Azərbaycan ərazilərindən erməni qoşunlarının çıxarılmasını nəzərdə tutan atəşkəs barədə razılaşmanı elan etdikdən sonra yüzlərlə erməni Yerevanda parlamentə və digər hökumət binalarına hücum edib, pəncərələri sındırıb, parlament spikerini döyərək onu yerdə huşunu itirmiş vəziyyətdə qoyub, Paşinyanın kabinetini yerlə-yeksan ediblər. Paşinyan naməlum yerdə gizlənərək salamat qala bilib.

Dürdanə Ağayeva öz məqaləsində yazır: “Ermənilərin Los-Ancelesdə Azərbaycanın Baş konsulluğu qarşısında etirazlarının xatırladılması zəruridir, ona görə ki, bu, radikalların Birləşmiş Ştatlarda hərəkətlərini nümayiş etdirir. Hərçənd, Azərbaycanın Qarabağ regionunu işğal edən və orada etnik təmizləmə aparan, beynəlxalq hüquq normalarını və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozan məhz Ermənistandır”.

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM