Azərbaycanın diplomatiya cəbhəsində uğurları ərəb KİV-lərinin diqqət mərkəzində

Azərbaycanın diplomatiya cəbhəsində uğurları ərəb KİV-lərinin diqqət mərkəzində

Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş və imzalanmış sənəd, həmçinin bu gün Pakistanın paytaxtı İslamabadda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü Səudiyyə Ərəbistanı və Bəhreyn KİV-lərində geniş işıqlandırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əş-Şarq”, “Əl-Ausat”,“Əl-Əyyəm” və Bəhreynin “Əl-Vatan” qəzetlərində dərc olunmuş məqalələrdə oxuculara Moskva görüşünün təfərrüatları barədə ətraflı məlumat çatdırılıb, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitatlar yer alıb.

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” qəzetində isə İslamabadda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü, o cümlədən Pakistanın ölkəmizin haqq işini dəstəkləməsi barədə iki məqalə dərc edilib. Yazılarda vurğulanıb ki, üç dost İslam ölkəsinin sıx əməkdaşlığı və bir-birini dəstəkləməsi müsəlman dünyasında həmrəyliyin nümunəsi olacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM