Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 1953 vətəndaş qəbul edilib

Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 1953 vətəndaş qəbul edilib

Səfərbərlikdən tərxis olunan şəxslərin qəbulu və müraciətlərinə baxılması ilə bağlı müdafiə nazirinin əmri ilə yaradılmış komissiya fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya altı gün ərzində 1751 vətəndaş müraciət edib. Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb. Müraciətlərdə qaldırılan məsələlərin həlli üzrə müvafiq tədbirlər görülüb.

Həftə ərzində komissiya tərəfindən ümumilikdə 1953 vətəndaş qəbul edilib və müraciətləri qeydə alınıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM