Küveyt qəzetlərində 20 Yanvar hadisələrindən bəhs edilib - FOTOLAR

Küveyt qəzetlərində 20 Yanvar hadisələrindən bəhs edilib<font color=red> - FOTOLAR</font> Küveyt qəzetlərində 20 Yanvar hadisələrindən bəhs edilib<font color=red> - FOTOLAR</font>

Küveytin ərəbdilli “Əl-Ray” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub. Həmçinin “Dasmannews” elektron qəzetində Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəmanın mövzu ilə bağlı müsahibəsi dərc edilib. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.

Müsahibədə səfir 1990-cı ildə Küveytin işğal edilməsi zamanı şəhid olmuş 13 vətəndaşın qalıqlarının bu günlərdə tapılması ilə bağlı Küveyt Dövlətinə və xalqına, şəhidlərin yaxınlarına başsağlığı verib. O, eyni zamanda, iki dost və qardaş ölkənin qonşuları tərəfindən başlarına gətirilən faciələr səbəbindən talelərinin bir-birilərinə yaxın olduğunu vurğulayıb, vətənlərinin azadlığı uğrunda həyatını itirmiş şəhidlərin qəhrəmanlıqları və böyük fədakarlıqları ilə qürur mənbəyi olduğunu bildirib.

Eyni zamanda, qeyd olunub ki, 1990-cı ildə Azərbaycan Respublikası qonşularının hücumuna məruz qaldı və bu təcavüz nəticəsində Vətən uğrunda özünü qurban verən bir çox dinc insan şəhid oldu, itkin düşdü və bu səbəbdən də Azərbaycan xalqı qardaş Küveyt xalqının əzablarını hiss edir, çünki onlar vətənlərinin azadlığı uğrunda eyni sınaq və faciəni yaşamışlar.

1990-cı il yanvar ayının 20-də keçmiş Sovet İttifaqının qüvvələri tərəfindən doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış Azərbaycan xalqına qarşı insanlıq əleyhinə qatı cinayətin törədildiyi, bu faciənin törədilməsi ilə beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu, Bakı şəhərində xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər nəticəsində 147 nəfərin öldürüldüyü, 700 nəfərdən çox insanın yaralandığı, 200 mənzilin dağıdılıb yandırıldığı, 800 nəfərdən çox insanın qanunsuz həbs edildiyi qeyd olunub. 20 Yanvar faciəsində şəhid olanların xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı vurğulanıb.

Sonda səfir bildirib ki, 20 Yanvar təcavüzü və sonrakı faciəli hadisələr Azərbaycanın müstəqilliyinin təməlini təşkil etdi və Azərbaycan xalqının öz suverenliyini və müstəqilliyini qazanmaq iradəsini zəiflətmədi. Böyük əziyyətlərə və fədakarlıqlara baxmayaraq, Azərbaycan cəmiyyətinin bütün təbəqələri və qrupları sovet işğalına müqavimət göstərmək üçün qüvvələrini birləşdirərək 1991-ci ildə Azərbaycanın müstəqilliyi əldə etdi.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM