Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTOLAR

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font> Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font> Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font> Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font> Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font> Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font> Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font> Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font> Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font> Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font> Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font> Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub<font color=red> - FOTOLAR</font>

Xorvatiyanın “Vecernjeg lista” (Axşam qəzeti) nəşrinin müxbiri Həsən Heydər Diab Azərbaycanın işğaldan azad etdiyi ərazilərə səfəri ilə bağlı geniş reportaj hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Həsən Heydər Diab gördüklərini fotosübutlarla sənədləşdirib. Jurnalistin təəssüratları təmsil etdiyi media qurumunun saytında öz əksini tapıb.

Əslən bosniyalı olan jurnalist Qarabağ müharibəsinin bütün digər savaşlar kimi ağrılı-acılı və itkilərlə müşayiət olunan qarşıdurma olduğunu yazıb.

O, burada erməni tərəfinin xüsusi qəddarlıq göstərməsi və dinc Azərbaycan şəhərlərini raketlərdən atəşə tutması faktlarını qeyd edib. Diab beynəlxalq hüquqa görə ərazilərin Azərbaycana məxsus olduğunu bir daha xatırladıb.

İndiyədək bir çox döyüş meydanlarında - Suriya, İraq, Liviya və Livan kimi ölkələrdə olduğunu bildirən jurnalist Qarabağda gördüklərindən dəhşətə gəldiyini gizlətməyib. Bu torpaqlardakı dağıntıların miqyası onu çox təəccübləndirib.

Həsən Heydər həmçinin Qarabağın niyə bu qədər vacib olduğuna da aydınlıq gətirməyə çalışıb. Onun sözlərinə görə, bu bölgə ilk növbədə iqtisadi potensialına görə diqqət çəkir və məhz bu baxımdan həm Ermənistan, həm də Azərbaycan üçün önəmlidir. Jurnalist Qarabağın zəngin təbii ehtiyatlarından, o cümlədən ərazidəki qızıl yataqlarından, meşə fondundan da bəhs edib. O təəssüflə bildirib ki, işğal illərində bölgənin bu ehtiyatları vəhşicəsinə talan edilib, meşələr kütləvi şəkildə qırılıb.

Məqalədə Qarabağın tarixinə geniş səyahət edən Diab bu ərazilərin bütün beynəlxalq sənədlərdə Azərbaycana məxsus olmasını və 30 ilə yaxın nəticəsiz danışıqların aparılmasını xatırladıb. O, həmçinin işğal illərində bu torpaqlarda dünyanın müxtəlif yerlərindən gətirilən erməni ailələrinin qanunsuz şəkildə məskunlaşdırıldığını qeyd edib.

Sonda məqalə müəllifi azərbaycanlıların öz doğma yurdlarına qayıtmağı necə həsrətlə gözlədiklərini və bu günün uzaqda olmadığını bildirib.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

21:18 18.04.2021

Kəngərli kətəsi

19:00 18.04.2021

Çox oxunan xəbərlər