Türkiyə Prezidenti Administrasiyasının idarə rəhbəri Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb

Türkiyə Prezidenti Administrasiyasının idarə rəhbəri Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb

Ankarada səfərdə olan QHT Agentliyinin rəhbərliyi Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla görüşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qonaqları salamlayan Fahrettin Altun Agentliyin nümayəndə heyətinin Türkiyəyə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. F.Altun iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının ortaq fəaliyyətləri barədə fikirlərini bölüşərək, “Şuşa İli” çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığının gücləndirilməsinin, onlar arasında ortaq fəaliyyətin çox vacib olduğunu qeyd edib.

Agentliyin rəsmisi Vüsal Quliyev görüşə görə Fahrettin Altuna təşəkkürünü bildirərək, Türkiyənin vətəndaş cəmiyyəti təsisatları ilə çalışan aidiyyəti dövlət qurumları və QHT-lərin əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. V.Quliyev Azərbaycan və Türkiyə QHT Platformasının yaradılması barədə fikirlərini bölüşüb, bu təşəbbüsün iki qardaş ölkənin vətəndaş cəmiyyəti qurumları və onların birgə fəaliyyətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Qeyd edək ki, görüş barədə məlumat Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin veb-saytında yerləşdirilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM