Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycanın amfibiya tipli təyyarəsi yaxın saatlarda Türkiyənin Muğla bölgəsinə yola düşəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycanın amfibiya tipli təyyarəsi yaxın saatlarda Türkiyənin Muğla bölgəsinə yola düşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə FHN-dən məlumat əldə edib.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb. Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub. Həmçinin 27 helikopter, 14 təyyarə və 2 604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.

Xəbər lenti
Çox oxunan xəbərlər