Rusiyanın hava hücumundan müdafiə sistemi öz-özünü vurub - VİDEO

Rusiya Silahlı Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi texniki xəta nəticəsində öz-özünü vurub.

NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-ə istinadən xəbər verir ki, hadisə Ukraynanın Luqansk vilayətinin işğal altındakı Alçevsk şəhərində qeydə alınıb.

Videodan göründüyü kimi, havaya buraxılan raket müəyyən müddət sonra trayektoriyasını dəyişərək müdafiə sisteminin özünü vurub.

Xatırladaq ki, müharibənin ötən 4 ayı ərzində Rusiya Silahlı Qüvvələri 100-ə yaxın hava hücumundan müdafiə sistemi itirib.

Xəbər lenti
Goranboyda zəlzələ olub

09:59 23.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM