Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı mayın 7-də Naxçıvan şəhər Vəkil Bürosunda pulsuz hüquqi yardım aksiyası keçirilib.

Nümayəndə heyəti aksiyadan əvvəl Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında son illər yaradılmış şəraitlə tanış olub , sonra isə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası tərəfindən Azərbaycan Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin, müvafiq yazılı ərizələr tərtib olunub və digər hüquqi yardımlar göstərilib. 

Müraciətlərin əksəriyyəti inzibati işlər, inzibati cərimələr, mülkiyyət hüququ, ailə münasibətləri, əmək mübahisəsi və digər sosial məsələlərlə bağlı olub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı Şərur rayon Vəkil Bürosunda da pulsuz hüquqi yardım aksiyası keçirilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM