Televiziya haqqında

Televiziya haqqında

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti muxtar respublikanın ən böyük kütləvi informasiya orqanıdır.

Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın  fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi, 26 dekabr 1978-ci ildə  Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi daha sonra  Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılmışdır.

1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Naxçıvan Teleradiosu Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əks etdirən rəngarəng televiziya verilişləri hazırlayaraq tamaşaçıya təqdim edir.

Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur. Televiziya DVB-T standart rəqəmli yerüstü televiziya və internet üzərindən də canlı yayımlanır. 2018-ci ildən Televiziyanın “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmışdır.

Cəmiyyətin inzibati binası əsaslı təmir olunmuş, teleradio müasir televiziya və radio avadanlıqları ilə təchiz edilmişdir.

CANLI YAYIM